Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına edilən müddətli əlavənin vaxtı uzadılıb.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu müddət sentyabrın 1-dək uzadılıb.
Əvvəl bu müddət iyulun 1-dək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2022-ci il 20 iyun tarixli 232 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb.