Dağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilib

Dağlıq ərazidə axtarış-xilasetmə vərdişləri ilə bağlı təlim keçirilib
# 14 avqust 2024 14:27 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi xilasedicilərin iştirakı ilə 2024-cü ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.

APA FHN-ə istinadən xəbər verir ki, təlim zamanı şəxsi heyətin dağlıq və çətin keçilən ərazilərdə axtarış-xilasetmə işlərinin aparılması zamanı hazırlıq səviyyəsi yoxlanılıb, müxtəlif əməliyyatlar simulyasiya edilib.

Uğurla keçən təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR