"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq marafonu" çərçivəsində işəgötürənlərin tanıdılması və mükafatlandırılması ilə bağlı təklifləri olacaq".
APA-nın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, işəgötürənlərin həvəsləndirilməsi üçün onların mükafatlandırılması, cəmiyyətdə tanıdılması həyata keçiriləcək: “Növbəti dövrdə bu proqramı genişləndirəcəyik. Yəni, daha çox şəhid ailəsi üzvü və yaralı qazini işlə təmin edən işəgötürənlərin tanıdılması və mükafatlandırılması olacaq”.