Bank Of Baku

Daşkəsəndən Türkiyəyə yardım göndərilib - FOTO

Daşkəsəndən Türkiyəyə yardım göndərilib - FOTO
# 13 fevral 2023 11:56 (UTC +04:00)

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Daşkəsən rayonu da qoşulub.

Bu barədə APA-ya Daşkəsən Rayon İcra Hakimiyyətindən bildirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri Türkiyənin Gəncədəki Baş Konsulluğu qarşısında yaradılan guşəni ziyarət ediblər.

Ziyarətçilər guşənin önünə gül düzərək zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiramlarını bildiriblər.

İcra başçısı Əhəd Abıyev Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, başsağlığı verib.

Daşkəsənlilərin qardaş Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə dəstək kampaniyası çərçivəsində toplanmış humanitar yardımlar könüllülər tərəfindən qablaşdırılaraq Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.

Daşkəsəndən zəlzələdə zərərçəkənlərə generatorlar, elektrik qızdırıcıları, yorğan-döşək dəstləri, isti geyimlər, çarpayılar, çoxsaylı ərzaq məhsulları, gigiyenik vasitələr və digər zəruri avadanlıqlar göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR