Bank Of Baku

Dənizdən gələn ilk ərzaq yardımı Qəzzaya çatıb

Dənizdən gələn ilk ərzaq yardımı Qəzzaya çatıb
# 16 mart 2024 14:51 (UTC +04:00)

Yardım ləvazimatları daşıyan ilk gəmi Qəzza sahilinə çatıb.

APA BBC-yə istinadən xəbər verir ki, BMT tərəfindən aclığın astanasında olduğunu bildirilən Qəzzaya İspan bayraqlı Open Arms gəmisi 200 ton ərzaqla keçən çərşənbə axşamı Kiprdən yola düşüb.

Eyni adlı İspan yardım təşkilatına məxsus Open Arms yardım gəmisində un, düyü və başqa ərzaq məhsulları olub. Yardım missiyası əsasən Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşdirilib və ABŞ-da yerləşən World Central Kitchen (WCK) xeyriyyə təşkilatı tərəfindən təşkil edilib.

Ərzaqlar xüsusi tikilmiş körpüdə gözləyən yük maşınlarına kranlarla daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR