Bank Of Baku

Deputat: Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır

Arzuxan Əlizadə, Milli Məclisin deputatı

© APA | Arzuxan Əlizadə, Milli Məclisin deputatı

# 27 fevral 2026 09:41 (UTC +04:00)

Müəllim və həkimlərin 65 yaşında təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Arzuxan Əlizadə bildirib.

Deputat deyib ki, regionlarda həkimlərin və tibb işçilərinin çatışmazlığı ilə bağlı məsələ gündəmdədir: “Regionlarda həkim çatışmazlığı məsələsi xüsusilə aktuallığını qoruyur. Eyni problem təhsil sahəsində də mövcuddur – xüsusilə bölgələrdə müəllim çatışmazlığı hiss olunur. Hesab edirəm ki, müəllim və həkimlərin 65 yaşında imperativ qaydada təqaüdə göndərilməsi məsələsinə yenidən baxılmalıdır. Bu məsələ hazırda müəssisə rəhbərlərinin səlahiyyətinə buraxılsa da, praktikada müəyyən neqativ hallara rast gəlinir. Halbuki regionlarda ciddi kadr çatışmazlığı mövcuddur və bu yanaşma daha çevik tənzimlənməlidir".

Arzuxan Əlizadə orta məktəblərdə siniflərdə şagird sayının çoxluğuna da diqqət çəkib, sinifdə 40 və daha çox şagird olduğunu deyib. Deputat bununla bağlı təxminən 20-25 şagird olmaqla yuxarı həddin müəyyənləşməsini vacib sayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR