“Şəhid ailələrinə və qazilərə mənzillərin hansı prinsiplərlə verilməsinə aydınlıq gətirilməlidir. Biz hər şəhid ailəsinin, qazimizin mənzil və nəqliyyat vasitəsi ilə təmin olunmasını istəyərdik. Burada şəffaflıq olmadıqda narazılıq olur və bu narazılıq da dövlətimizə qarşı olur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, ağır vəziyyətdə yaşayan şəhid ailələri və qazilər var ki, evlə təmin olunmayıb: “Təklif edirəm ki, hər rayonda şəhid ailələri və qazilərə ev verilməsi üçün yaradılan komissiyalara millət vəkilləri dəvət edilsin. Çünki bütün millət vəkilləri öz rayonunda olan şəhid ailələri və qazilərlə bağlı kifayət qədər məlumatlıdırlar”.
M. İbrahimqızı qeyd edib ki, əlilliyi kəsilən insanlarla bağlı problem qalmaqdadır: “İnsanlar 2-3 aydır pul ala bilmirlər. Digər tərəfdən, məşğulluq problemi var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq marafonunu alqışlayıram. Digər dövlət qurumları da bu marafona qoşulmalıdır. Onlar işə götürdükləri şəhid ailələri və qazilərlə bağlı məlumatı bizimlə bölüşsələr, yaxşı olar”.
Deputatların şəhid ailələri və qazilərə ev verilməsi üçün yaradılan komissiyalarda təmsil olunması təklif edilib
© APA | Məlahət İbrahimqızı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini
17 noyabr 2021 12:33 (UTC +04:00)
Sosial
Səfir: "Pakistan İsrail-Fələstin münaqişəsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəkləyir"
00:02
3 may 2024
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024