Bank Of Baku

DİM: Abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi dələduzluqdur

DİM: Abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi dələduzluqdur
# 08 aprel 2025 12:16 (UTC +04:00)

Sosial şəbəkələrdə abituriyentlərə pul qarşılığında imtahan ballarının artırılması vədi verilməsi dələduzluqdur.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, DİM valideynləri diqqətli olmağa və belə hallarla rastlaşanda hüquq mühafizə orqanlarına müraciət etməyə çağırıb:

"Dövlət İmtahan Mərkəzinin məlumat bazası yüksək təhlükəsizliklə təmin edilib və ora giriş edib imtahan nəticələrini dəyişmək mümkün deyil".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR