Bank Of Baku

DİM sədri: Ötən il imtahanlarda 601 mindən çox şəxsin biliyi qiymətləndirilib

DİM sədri: Ötən il imtahanlarda 601 mindən çox şəxsin biliyi qiymətləndirilib
# 25 yanvar 2024 11:23 (UTC +04:00)

"Ötən il 40 növdə imtahan keçirilib, həmin imtahanlarda 601 370 nəfərin biliyi qiymətləndirilib".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılması mərasimində deyib.

O bildirib ki, 29 437 nəfər qabiliyyət imtahanlarında iştirak edib:

"İmtahanlarda 62 693 imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı çalışıb. 4004 ekspert, makler və tərcüməçi prosesə cəlb edilib. 11 375 695 elektron xidmət göstərilib".

DİM sədri qeyd edib ki, magistr dərəcəli mütəxəssislərimiz ümumi müəllimlərin 10 faizini təşkil edir:

"Mütəxəssislərimizin 80 faizi bakalavr, 10 faizi isə subbakalavr təhsillidir. Təəssüf ki, sertifikatsız müəllimlər 80 faiz təşkil edir. A sertifikatı üzrə 1 faiz, B sertifikatı üzrə isə onların sayı 16 faizdir. Mən müəllimlərimizi sertifikasiya prosesinə qoşulmağa dəvət edirəm. Sertifikasiyadan keçən müəllimlərə daha yüksək əmək haqqı verilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR