Bank Of Baku

Diplomatik korpus nümayəndələri Şuşaya səfər edib - VİDEO - YENİLƏNİB - FOTO

Diplomatik korpus nümayəndələri Şuşaya səfər edib - VİDEO  - YENİLƏNİB  - FOTO
# 18 aprel 2025 15:15 (UTC +04:00)

Diplomatik korpus nümayəndələri Şuşa şəhərində yeni inşa edilmiş yaşayış məhəlləsində olub.

APA xəbər verir ki, diplomatlar burada Böyük qayıdış çərçivəsində şəhərə köçürülən sakinlərə yaradılmış şəraitlə tanış olublar.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov diplomatik korpus nümayəndələrinə şəhərdə aparılan işlər barədə məlumat verib.

***

14.30

Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələrinin Xankəndi şəhərindən sonra Şuşaya səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, nümayəndə heyətinə şəhər haqqında məlumat verilib.

Diplomatlar Şuşada aparılan tikinti, bərpa və quruculuq işləri ilə tanış olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR