Bank Of Baku

DMX: Azərbaycanda 7036 Ukrayna vətəndaşı yaşayır, İrandan gələnlər də var

# 16 dekabr 2022 15:58 (UTC +04:00)

“Hazırda ölkəmizdə 167 min əcnəbi yaşayır. Bunların içərisində qonşu ölkələrin - Rusiya, Gürcüstan, İran, Türkiyə və Ukrayna vətəndaşları üstünlük təşkil edir”.

APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ukraynadakı hadisələrə görə, fevral ayından müəyyən sayda Ukrayna vətəndaşı təxliyə edilib.

“Hazırda ölkəmizdə 7036 Ukrayna vətəndaşı yaşayır. İrandan da Azərbaycana gələnlər var. Onların dəqiq statistikası bəlli deyil. Onlar hava yolu ilə ölkəmizə daxil olurlar”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR