2023-2026-cı illər üçün DOST Agentliyinin fəaliyyətinə dair strateji plan hazırlanır.
APA xəbər verir ki, bunu DOST Agentliyinin Strateji planlaşdırma, məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov "Sosial saat"da deyib.
O bildirib ki, hazırda 2020-2022-ci illərə dair görülmüş işlərin nəticələri təhlil edilir.
"Bu dövr üçün işlər artıq bitmək üzrədir" - deyə o qeyd edib.