Dövlət Komitəsi: 2023-cü ildə 187‑si qadınlar, 9‑u kişilər barədə olmaqla, 196 mühafizə orderi icraatda olub

Dövlət Komitəsi: 2023-cü ildə 187‑si qadınlar, 9‑u kişilər barədə olmaqla, 196 mühafizə orderi icraatda olub
# 20 may 2024 15:02 (UTC +04:00)

2023‑cü ildə 180‑ı qısamüddətli, 16‑ sı uzunmüddətli olmaqla, ümumilikdə 196 mühafizə orderi icraatda olub.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Qeyd edilib ki, onlardan 187‑si qadınlar, 9‑u kişilər barədə verilib. 139 mühafizə orderinin icrası təmin olunub və icraatına xitam verilib. 3 mühafizə orderinin icraatına digər əsaslarla xitam verilib, 14 mühafizə orderi “İcra haqqında” qanunun 7 və 9‐cu maddələrinə, 3 mühafizə orderi “İcra haqqında” qanunun 23.1.1‐ci maddəsinə əsasən geri qaytarılıb, 8‐i digər maddələr ilə icraatdan çıxarılıb, 29 mühafizə orderi növbəti hesabat dövrünə qalıq keçib.

Mühafizə orderinin icrası ilə bağlı icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə kişi cinsindən olan 1 borclu barəsində inzibati tənbeh tətbiq edilib. Uzunmüddətli mühafizə orderi üzrə məhkəmə qərarlarının icra edilməməsinə görə borclular barədə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı təqdimat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR