Dövlət Komitəsi: Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 302 müraciət daxil olub

Dövlət Komitəsi: Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 302 müraciət daxil olub
# 20 may 2024 15:02 (UTC +04:00)

Gender əsaslı zorakılıqla bağlı 860 saylı Dəstək Xəttinə 2023‐ci il ərzində 302 müraciət daxil olub.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Müraciət edənlərin 237 nəfəri qadın, 65 nəfəri kişi olub. Dəstək xəttinə edilən müraciətlərin sayı 2022‐ci illə müqayisədə 12,3% artıb. Müraciətlərin əksəriyyəti psixoloji (288) və fiziki zorakılıqla (146), cinsi zorakılıqla (6) bağlı olub. Şikayət edənlərin əksəriyyəti zorakılığın bir neçə növünün qurbanı olub və onlardan 175 nəfəri münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb. Zənglər bir neçə meyara əsasən təhlil edilir. Bu meyarlara zəng edənin kimliyi, yaşı, cinsi, ailə vəziyyəti, təhsili, məşğulluğu, zorakılığın növü, yaşadığı bölgə, eləcə də yönləndirildiyi tərəfdaş qurum daxildir. 2023‐ci il ərzində qəbul edilən zənglərin təhlilinə əsasən müəyyən edilib ki, müraciət edənlərin əksəriyyəti evli, orta təhsilli, işsiz şəxslərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR