Təhsil müəssisələrində, xüsusilə ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının az olduğunu nəzərə alaraq, təhsil sahəsinə kişilərin cəlb edilməsini stimullaşdıran tədbirlərin müəyyən olunması təklif edilib.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
O cümlədən həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödə nişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi də təkliflər sırasında yer alıb.