Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2023‑cü ildə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Müraciət edənlərin 27‐si kişi, 478‐i qadın, 328‐u uşaq, 9‐u əlil, 1‐i ahıl, 2- si miqrant, zorakılıq törədənlərin isə 497‐ si kişi, 133‐u qadın olub.
Məişət zorakılığı halları cəmiyyətin inkişafına, dövlətin ailə institutuna mənfi təsir göstərməklə bərabər, ailələrin dağılmasına səbəb olur.