Dövlət və qeyri-dövlət yardım mərkəzlərinə müraciətlərin sayı məlum olub

Dövlət və qeyri-dövlət yardım mərkəzlərinə müraciətlərin sayı məlum olub
# 20 may 2024 15:03 (UTC +04:00)

Hazırda həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya üzrə 1 (bir) dövlət müəssisəsi və məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım göstərilməsi üçün 8 (səkkiz) akkreditasiyadan keçmiş qeyri‑dövlət yardım mərkəzləri ödənişsiz fəaliyyət göstərir

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2023‐cü il ərzində məişət zorakılığından zərər çəkmiş 50 nəfər sosial reabilitasiya xidmətlərinə cəlb edilib. Onlardan 14 nəfəri valideyn, 36 nəfəri isə uşaqlardır (12‐i oğlan, 24‐ü qız). Qeyri‑dövlət yardım mərkəzlərinə məişət zorakılığı ilə bağlı 12000‐dən çox müraciət daxil olub. 5000‐dən çox qadın, 6000‐dən çox uşaq və 200‐dən çox kişi hüquqi, psixoloji, tibbi, sosial yardımla təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR