Bank Of Baku

DSMF: Azərbaycan pensiya məbləğinin alıcılıq indeksinə görə MDB-də birincidir

DSMF: Azərbaycan pensiya məbləğinin alıcılıq indeksinə görə MDB-də birincidir
# 10 fevral 2023 20:05 (UTC +04:00)

Əmək pensiyasi sahəsində aparılan islahatlar beynəlxalq miqyasda da artıq kifayət qədər ciddi nəticələrin olmasına imkan yaradıb.

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov pensiyaların indeksləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu gün ölkəmiz minimum və orta aylıq pensiya məbləğinin alıcılıq indeksinə görə MDB məkanında birinci yerdə qərarlaşıb.

"Nominal pensiya məbləğlərinə görə isə hazırda MDB məkanında ikinci yerdəyik. Son bir ildə əmək pensiyasına çəkilən xərclərdə 960 milyon manat artım olub" - deyə o, qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR