Bank Of Baku

Dünyanın ən yaşlı insanı vəfat edib

Dünyanın ən yaşlı insanı vəfat edib
# 20 avqust 2024 16:13 (UTC +04:00)

117 yaşında dünyanın ən yaşlı insanı hesab edilən Amerika əsilli ispaniyalı Maria Branyas vəfat edib.

APA “CBSNEWS”-a istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Ailəsi bildirib ki, dünyanın ən yaşlı insanı, ABŞ-də doğulmuş və iki dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID pandemiyasını yaşamış ispaniyalı Maria Branyas Morera çərşənbə axşamı 117 yaşında vəfat edib.

Ginnesin Rekordlar Kitabı 2023-cü ilin yanvarında 118 yaşında fransız rahibəsi Lucile Randonun ölümündən sonra Branyasın dünyanın ən yaşlı insanı statusunu rəsmən təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR