İkili diplom proqramlarının həyata keçirildiyi ali təhsil müəssisələrində əcnəbi akademik heyəti və tələbə kontingenti ilə bağlı elektron baza yaradılacaq.
APA-nın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsi təmin ediləcək.
İkili diplom proqramlarının həyata keçirildiyi Azərbaycan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi akademik heyəti və tələbə kontingenti ilə bağlı məlumatların idarə olunması məqsədilə müvafiq ali təhsil müəssisələri ilə birgə elektron baza yaradılacaq.
İkili diplom proqramlarının həyata keçirildiyi ali təhsil müəssisəsinin maddi-texniki bazasının təşkili və cari xərclərinin maliyyələşdirilməsi mexanizmi hazırlanacaq.
Əcnəbi akademik heyətin və tələbə kontingentinin elektron bazası yaradılacaq
29 oktyabr 2021 18:00 (UTC +04:00)
Sosial
İctimai şuranın üzvləri FHN Akademiyasına kursant qəbulu ilə əlaqədar seçim turunu izləyiblər
15:45
8 may 2024
Mayın 12-də 25 minə yaxın şagird imtahan verəcək
15:16
8 may 2024
Müavinətlər üzrə 356, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib
14:06
8 may 2024
“Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib - VİDEO
14:01
8 may 2024