Biz artıq elə vəziyyətə gəlib çıxmalıyıq ki, xəstə ona yaxın, onun inandığı klinikada və həkimdə icbari tibbi sığorta çərçivəsində müalicə ala bilsin.
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, bu sahədə də komitəyə şikayətlər daxil olur:
“İnsanlar istədiyi xəstəxanada müalicə ala bilmir, istədiyi həkimi seçə bilmir. Bununla bağlı işlər görülür. Amma şikayətlər hələ də qalmaqdadır”.