Bank Of Baku

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin İşçi qrupunun azad edilmiş ərazilərə səfəri başlayıb

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin İşçi qrupunun azad edilmiş ərazilərə səfəri başlayıb
# 16 avqust 2024 11:05 (UTC +04:00)

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupunun işğaldan azad edilmiş ərazilərə növbəti səfəri başlayıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, səfərdə, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və İşçi qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edir.

Səfər çərçivəsində Cəbrayıl rayonu ərazisində minalanmış və hərbi sursatlarla çirkləndirilimiş sahələrdə aparılan təmizləmə işlərinə baxış keçiriləcək. Daha sonra Laçın rayonunda İşçi qrupun növbəti iclasının keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR