Əlilliyi olan 2300-dən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 2300-dən çox uşağa reabilitasiya xidmətləri göstərilib
# 21 fevral 2024 11:05 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya müəssisələri tərəfindən bu ilin yanvar ayında 18 yaşadək əlilliyi olan 2309 uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 161 nəfəri stasionar, 1406 nəfəri ambulator, 114 nəfəri icma əsaslı, 567 nəfəri onlayn, 22 nəfəri ippoterapiya, 39 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində və Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR