Əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib

Əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib
# 12 aprel 2024 09:47 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ilk rübündə əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 2,8 mini təkərli oturacaq, 563-ü aşağı və yuxarı ətraf protezi, 698-i qoltuqaltı və dirsəkaltı ağac, 688-i eşitmə aparatı olub.

Həmçinin əlilliyi olan şəxslərə 769 cüt protez ayaqqabı, 1351 cüt ortopedik ayaqqabı, 23 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Yanvar-mart aylarında ümumilikdə 4,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR