Bank Of Baku

Əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb

Əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb
# 25 noyabr 2022 13:16 (UTC +04:00)

Məşğulluq imkanlarının artırılmasına, eləcə də qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi ilə nəticələnir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, bu ilin 10 ayında ölkəmizdə əmək müqavilələrinin sayı 43 min və ya 2,6 faiz artaraq 1 milyon 727 min 909 müqavilə təşkil edib.

Ardıcıl sosial islahatlar, o cümlədən əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da davamlı artımına imkan verib.

2022-ci ilin yanvar-oktyabr aylarında əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb.

Ümumilikdə son 4 ildə əmək müqavilələrinin sayında 30 faiz, əməkhaqqı fondunda 2,2 dəfə artım baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR