Bank Of Baku

ETN: Siyəzəndəki qəzada 2 müəllim ölüb, 5-i yaralanıb

ETN: Siyəzəndəki qəzada 2 müəllim ölüb, 5-i yaralanıb
# 17 fevral 2023 12:43 (UTC +04:00)

Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllim qəzaya düşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllim isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib:

"Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!" - məlumatda qeyd edilib.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR