Bank Of Baku

ETSN-də yeni təyinatlar olub

ETSN-də yeni təyinatlar olub
# 17 yanvar 2024 14:09 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub.

Bu barədə APA-ya ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışan Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

Nazirlik sözçüsü “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə də yeni təyinat olduğunu qeyd edib. Bu vəzifə isə ASC-nin sədr müavini işləyən Cavid Abdullayevə həvalə olunub.

Ramik Əşrəfov ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Cavid Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən bugünədək ASC- də sədr müavini olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR