Ov mövsümünün başlanmasını gecikdirən səbəb açıqlanıb.
APA xəbər verir ki, bunu ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O bildirib ki, ov mövsümünün gecikməsi respublikanın meşə ərazilərində yanğınların baş verməsi ilə bağlıdır: “Çünki ovçular da oddan istifadə edir. Risklərin qarşısını almaq üçün bu tədbir görülür. Lakin artıq havalar imkan verir ki, yaxın günlərdə ov mövsümü açılsın. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.