Bank Of Baku

Fərid Əhmədov Masallıda vətəndaşları qəbul edib

Fərid Əhmədov Masallıda vətəndaşları qəbul edib
# 07 noyabr 2025 17:57 (UTC +04:00)

Ədliyyə naziri Fərid Əhmədov Masallı şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından ümumilikdə 145 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR