Bank Of Baku

FHN-də akademik Zərifə Əliyevanın xatirəsi anılıb

FHN-də akademik Zərifə Əliyevanın xatirəsi anılıb
# 15 aprel 2025 17:45 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyində akademik Zərifə Əliyevanın xatirəsi anılıb.

APA FHN-nə istinadən xəbər verir ki, nazirliyinTibb Xidmətində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Tədbirdə Xidmətin rəhbərliyi və kollektivi iştirak edib.

Mərasimi giriş sözü ilə açan Tibb Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Rəfail Mehdiyev nəciblik və ziyalılıq mücəssəməsi olan akademik Zərifə Əliyevanın mənalı həyat yolundan söz açıb, insanpərvərliyin və xeyirxahlığın onun həyat fəlsəfəsi olduğunu vurğulayıb. Zərifə xanımın əsl Azərbaycan xanımı kimi mənəvi dəyərlərimizin layiqli daşıyıcısı olduğunu diqqətə çatdıran natiq, onu həmçinin, sadiq və fədakar həyat yoldaşı, qayğıkeş ana kimi xarakterizə edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin mənəvi dayağı olan Zərifə xanım Əliyeva, eyni zamanda Vətən üçün layiqli övladlar bəxş edib.

Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinə toxunan R.Mehdiyev dünya şöhrətli alimin zəngin elmi irsindən bəhs edib, yaratdığı fundamental əsərlərin dünya, o cümlədən Azərbaycan tibb elminin misilsiz xəzinələrindən olduğunu bildirib.

Sonra FHN Tibb Xidmətinin əməkdaşları – Xidmət rəisinin müavini – poliklinika şöbəsinin rəisi tibb xidməti baş leytenantı Ülkər Məhərrəmova “Akademik Zərifə Əliyeva bir ana kimi”, Dərman, tibbi avadanlıq, alət və ləvəzimat təminatı şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Mobil Mehtiyev “Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı haqqında xatirələri” və Müalicə-profilaktika işinin təşkili şöbəsinin rəisi tibb xidməti mayoru Arzu Babazadə “Akademik Zərifə Əliyevanın peşə fəaliyyəti haqqında” mövzularında çıxış ediblər.

Tədbirin sonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın mənalı həyat yolundan və zəngin elmi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Aprelin 15-də Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40 illiyinə həsr olunmuş toplantı keçirilib.

Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov toplantıda çıxışında Zərifə Əliyevanın yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. Sözünə davam edən M.Həsənov Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad edərək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanımın bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarmasından və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlməsindən danışıb.

Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, digər çıxış edənlər akademik Zərifə Əliyevanın bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtmasını iftixar hissilə dilə gətiriblər. Qeyd edilib ki, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan oftalmologiya elminin beynəlxalq səviyyəyə qaldırılmasına böyük töhfə verən akademik Zərifə Əliyeva çoxşaxəli elmi-pedaqoji, elmi-tədqiqat fəaliyyəti ilə xalqımızın tərəqqisi yolunda ciddi işlər görüb.

Daha sonra toplantıda görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Unudulmaz Zərifə xanım” adlı film nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR