FHN-də qanvermə aksiyası keçirilib

FHN-də qanvermə aksiyası keçirilib
# 01 mart 2024 10:05 (UTC +04:00)

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən könüllü qanvermə aksiyası keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, Mərkəzi Qan Bankının tibbi personalının iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri və regionlarda yerləşən qurumlarında təşkil olunan qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə keçirilib.

Qanvermə aksiyasında Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR