Bank Of Baku

FHN-də qanvermə aksiyası keçirilib - VİDEO

FHN-də qanvermə aksiyası keçirilib - VİDEO
# 11 fevral 2026 11:25 (UTC +04:00)

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən könüllü qanvermə aksiyası keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin tibbi personalının iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri və regionlarda yerləşən qurumlarında təşkil olunan qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə keçirilib.

Qanvermə aksiyasında Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının şəxsi heyəti könüllü olaraq iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR