Bank Of Baku

FHN-in elmi-tədqiqat institutu ilə ETN-in Neft və Qaz İnstitutu arasında memorandum imzalanıb - FOTO

FHN-in elmi-tədqiqat institutu ilə ETN-in Neft və Qaz İnstitutu arasında memorandum imzalanıb - FOTO
# 21 fevral 2023 11:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) və Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu arasında birgə əməkdaşlıq barədə Memorandum imzalanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, memorandum AzDƏMTTETİ-nin direktoru Məmməd Bağır-zadə və Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov tərəfindən imzalanıb.

Əməkdaşlıq barədə Memorandum AzDƏMTTETİ və Neft və Qaz İnstitutu tərəfindən Azərbaycanda neft-qaz axtarışı və kəşfiyyatı, quyuların qazılması və təmiri, yataqların işlənməsi, layların neft veriminin artırılması, neft-qazın nəqli və emalı, mövcud texnologiyaların və avadanlıqların etibarlılığı, yerin təki və ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinə mənfi təsirin azaldılması proseslərinə yönəlmiş elmi-tədqiqat işlərinin birlikdə aparılmasına şərait yaradacaq.

Həmçinin, əməkdaşlığın digər istiqamətlərinin müəyyən edilməsi, qarşılıqlı informasiya mübadiləsi və məsləhətləşmələrin aparılması üçün birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR