Türkiyəyə növbəti humanitar yardım yola düşür.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımı qardaş ölkəyə yola salınır.
Humanitar yardıma mobil səhra hospitalı və 18 nəfərdən ibarət tibb personalı daxildir.
Qeyd edək ki, bu, Fövqəladə Hallar Nazirliyinin Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi ikinci mobil səhra hospitalıdır.