Bank Of Baku

FHN-in növbəti humanitar yardımından ibarət avtomobil karvanı Türkiyəyə çatıb - FOTO - VİDEO - YENİLƏNİB

FHN-in növbəti humanitar yardımından ibarət avtomobil karvanı Türkiyəyə çatıb - FOTO  - VİDEO  - YENİLƏNİB
# 10 fevral 2023 15:34 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 8 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınmış növbəti humanitar yardım karvanı bu gün Türkiyənin Kahramanmaraş rayonuna çatıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

***

14.18

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi növbəti humanitar yardımı qardaş ölkəyə çatıb.

APA-nın Türkiyəyə ezam olunmuş müxbiri Səlcuq Elçin xəbər verir ki, humanitar yardım 16 xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə Kahramanmaraşa çatıb.

Yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR