Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımları quru yolu ilə Türkiyəyə yola salınıb.
APA xəbər verir ki, FHN-in Mülki müdafiə qoşunlarının mühəndis xidmət rəisinin müavini polkovnik-leytenant Yasin Musayev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə qardaş ölkəyə yardımların göndərilməsi davam edir.
O bildirib ki, bu, sayca 3-cü nəqliyyat karvanıdır və nəqliyyat karvanı 9 yük maşınından ibarətdir. 1015 çadır və 240 qızdırıcı soba yola salınıb.
*
11.26
Türkiyəyə növbəti yardım karvanı yola düşür.
APA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınır.
Qeyd edək ki, bu, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə yola salınan 3-cü nəqliyyat karvanıdır. Humanitar yardım karvanı 9 yük maşınından ibarətdir.
Məlumata görə, budəfəki yardım karvanında 1015 ədəd çadır və 240 ədəd qızdırıcı sobalar göndərilir.