Bank Of Baku

FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınıb - YENİLƏNİB - FOTO - VİDEO

FHN-in növbəti humanitar yardımları Türkiyəyə yola salınıb - YENİLƏNİB  - FOTO  - VİDEO
# 10 fevral 2023 00:21 (UTC +04:00)

FHN-in növbəti humanitar yardımları hava yolu ilə Türkiyəyə yola salınıb.

Bu barədə APA-nın hava limanında olan müxbiri məlumat verib.

***

23.29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınır.

Bu barədə APA-nın hava limanında olan müxbiri məlumat verib.

FHN rəsmisi Ərəstun Əliyev APA-ya bildirib ki, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir: "Ötən gün göndərilən mobil hospital hazırda fəlakət zonasında fəaliyyət göstərir. Növbəti mobil səhra hospitalı isə növbəti təyyarə ilə yola salınacaq".

Hazırda yardımların hava gəmisinə yüklənməsi prosesi gedir.

***

19.18

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınacaq.

Bu barədə APA-ya FHN-dən bildirilib.

"Belə ki, təyyarələr və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə humanitar yardımların yola salınması üçün hazırlıq işləri görülür", - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR