Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş zəlzələnin ilk günündən qardaş Türkiyəyə humanitar yardımımız davam edir.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev deyib.
"Zəlzələnin ilk günündən axtarış-xilasetmə heyəti, xilasetmə avadanlıqları, çadırlar, qızdırıcılar və digər lazımi avadanlıqlar göndərilib. Bundan başqa, 41 nəfərdən ibarət tibbi personal və bir mobil səhra hosbitalı Kahramançaraşda fəaliyyətini davam etdirir. İndiki mobil səhra hosbitalı da hər cür tibbi avadanlıqla, peşəkar cərrah və travmatmotoloqlarla, labarotoriya, reanimasiya, dərman pereparatları, sarğı materialları ilə təmin olunub", - rəis müavini əlavə edib.