Bank Of Baku

FHN-in voleybol komandası dövlət qurumları arasında keçirilən yarışın qalibi olub

FHN-in voleybol komandası dövlət qurumları arasında keçirilən yarışın qalibi olub
# 27 avqust 2024 14:18 (UTC +04:00)

25-26 avqust 2024-cü il tarixlərində Bakı Su İdmanı Sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında çimərlik voleybolu üzrə yarış keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, yarışda müxtəlif dövlət qurumlarından 11 kişi, 6 qadın komandası öz qüvvələrini sınayıblar.

Çempionatda iştirak edən FHN-in kişilərdən ibarət çimərlik voleybolu üzrə komandası əzmkar mübarizə apararaq bütün rəqiblərinə qalib gəlib və çempion adını qazanıb.

Qaliblərə - Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Pərviz Səmədov və Tərxan Cəbrayılova Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR