Bank Of Baku

FHN-in xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxarıblar - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ - YENİLƏNİB

FHN-in xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxarıblar - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ  - YENİLƏNİB
# 07 fevral 2023 18:39 (UTC +04:00)

Xəbərə video əlavə olunub.

***

16.39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

Nazirlikdən APA-ya verilən məlumata görə, FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR