Bank Of Baku

FHN-in xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir - VİDEO

FHN xilasedicilərinin Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatları

© APA | FHN xilasedicilərinin Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatları

# 19 fevral 2023 11:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 774 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

© APA | FHN xilasedicilərinin Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatları

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR