“Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün buradayıq”.
Bunu APA-nın Türkiyəyə ezam olunan müxbirinə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşı Tural Rzayev deyib.
O bildirib ki, hazırda Kahramanmaraşda Heydər Əliyev prospektində zəlzələ nəticəsində çökən 7 mərtəbəli binada axtarış işləri aparırlar: “Bu binada bir meyit aşkarlanıb, bir nəfərin də sağ olma ehtimalı var, onun xilas edilməsi istiqamətində işlər görülür”.
FHN əməkdaşı qeyd edib ki, sonacan qardaş Türkiyənin yanında olacaqlar, əməliyyatları davam etdirəcəklər.