Bank Of Baku

FHN-in zəlzələ bölgəsindəki qərargahında türkiyəli həmkarlarla toplantı keçirilib - FOTO - VİDEO

FHN-in zəlzələ bölgəsindəki qərargahında türkiyəli həmkarlarla toplantı keçirilib  - FOTO  - VİDEO
# 12 fevral 2023 18:22 (UTC +04:00)

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında Türkiyə Respublikasının Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndələri ilə birgə toplantı keçirilib.
Toplantıda hazırki əməliyyat şəraiti və atılacaq növbəti addımlar müzakirə edilib. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün FHN tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların qurulması ilə bağlı məsələlər nəzərdən keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR