Bank Of Baku

FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - FOTO

FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - FOTO
# 13 fevral 2023 13:28 (UTC +04:00)

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulur.

APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurmağa başlayıb.

FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı jurnalistlərə açıqlamasında bildirib ki, Doğukənd məhəlləsində zərərçəkmişlər üçün çadır şəhərciyinin qurulması prosesi aparılır: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardım göndərilib. Hazırkı vaxta qədər nazirlik tərəfindən 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Avtomobillərin sayı isə 39-dur. Maşınların içərisində müxtəlif ölçülü çadırlar, generatorlardan və digər lazım olan əşyalar var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR