Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş şəhərinin Doğukənd məhəlləsində sakinlərə yeməklər paylanılır.
APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, Kahramanmaraşın Doğukənd məhəlləsində zəlzələdən zərər çəkən şəxslər üçün yaradılan çadır şəhərciyində səhra mətbəxi də qurulub.
Səhra mətbəxində nazirliyin aşpazları tərəfindən bişirilən yeməklər zəlzələdən zərər çəkən şəxslərə paylanır.
Qeyd edək ki, FHN-in əməkdaşları Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində yerləşən stadionda quraşdırıblar, 130-dan artıq çadır ailələrə təhvil verilib.