FHN silsilə maarifləndirmə tədbirləri keçirib

FHN silsilə maarifləndirmə tədbirləri keçirib
# 07 sentyabr 2024 12:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən paytaxtın Suraxanı rayonu Suraxanı Sağlamlıq Mərkəzində, Nərimanov rayonu Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda və Yasamal rayonu Uşaq Nevroloji Xəstəxanasında, Aran Regional Mərkəzi tərəfindən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Aşağı Nemətabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və “HTech İnvest” MMC-nin işçi kollektivi ilə, Şimal-qərb Regional Mərkəzi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsində və Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində, Şimal Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC-nin Şimal-Şərq regional filialının Xaçmaz şöbəsində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında, Gəncə Şərab Zavodunda, Şəmkir Rayon Polis Şöbəsində və Qazax-Tovuz Regional Təhsil İdarəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR