FHN Sumqayıtda mülki müdafiə məşqi keçirib - VİDEO

FHN Sumqayıtda mülki müdafiə məşqi keçirib - VİDEO
# 19 sentyabr 2024 12:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi təşkil edilib.

APA FHN-ə istinadən xəbər verir ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən məşqdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların rəhbər şəxsləri, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib. Məşqə Sumqayıt şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin 35 ədəd texnika və 164 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR