Bank Of Baku

Fövqəladə hadisələrdə mülki müdafiə qüvvələrinin idarə edilməsi ilə bağlı məşq keçirilib

Fövqəladə hadisələrdə mülki müdafiə qüvvələrinin idarə edilməsi ilə bağlı məşq keçirilib
# 19 avqust 2024 19:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar rəhbər heyətin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.

Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.

Uğurla keçən məşqdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR