Bank Of Baku

Füzuli və Ucar rayonlarından Türkiyəyə yardımlar yola salınıb - FOTO

Füzuli və Ucar rayonlarından Türkiyəyə yardımlar yola salınıb - FOTO
# 11 fevral 2023 16:12 (UTC +04:00)

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Ucar və Füzuli rayonları da qoşulub.

APA-nın yerli bürosunun məlumatına görə bu gün rayon icra hakimiyyətləri tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib. Füzuli Rayon İcra Hakimiyəti tərəfindən yardım məntəqəsinə 25 ədəd generator, 100 ədəd qızdırıcı, 200 ədəd döşək, 200 ədəd yorğan və adyal dəsti, 60 ədəd gödəkcə və 100 ədəd geyim dəsti təhvil verilib. Ucar Rayon İcra Hakimiyəti tərəfindən də verilən yardımlara generator, çarpayı, elektrik qızdırıcısı, fənər, yorğan-döşək, xalça, isti geyimlər və konservləşdirilmiş qida məhsulları daxildir.

Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənir, qablaşdırılır, avtomobillərə yüklənir və qardaş ölkəyə yola salınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR