Bank Of Baku

Gələn il Laçında Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti prosesinin başladılması planlaşdırılır

Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov

© APA | Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov

# 30 noyabr 2025 12:37 (UTC +04:00)

2026-cı ildə Laçın rayonunun Şəlvə və Pircahan kəndlərində bərpa-tikinti prosesinin başladılması planlaşdırılır.

APA-nın Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bunu “MDB-nin mədəniyyət paytaxtı – 2025" ilinin bağlanış mərasimindən sonra Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Ümid edirik ki, növbəti ildən orada da tikinti prosesi başlanılacaq. Laçın şəhərində 2023-cü ildə təməli qoyulmuş yeni yaşayış məhəlləsinin də artıq layihələndirmə işlərinin başa çatıb.

"Yenə də növbəti ildə yeni yaşayış məhəllələrinin tikintisi planlaşdırılır. Həmçin Laçın şəhərində yeni obyektlərin də istifadəyə verilməsi gözlənilir Həmçinin Güləbird kəndində bərpa-tikinti işlərinin davam etdirildiyini də qeyd edib", - deyə xüsusi nümayəndə qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR